614
Rəylər 14 aprel — 16:10

Əsəd raket zərbələrinə münasibət bildirdi

Suriya prezidenti Bəşər Əsəd ABŞ, Böyük Britaniya və Fransanın ölkəsinə endirdiyi raket zərbələri ilə bağlı bəyanat verib.

Bu barədə “Reuters” məlumat yayıb.

Əsədin sözlərinə görə, bu hücumlar terrora qarşı mübarizədə Suriya xalqının birliyini daha da möhkəmləndirəcək.

Suriya KİV-inin yaydığı xəbərə görə, Qərb müttəfiqlərinin raket zərbələrindən sonra Dəməşq sakinləri küçələrə axışıb. Onlar əllərində Suriya bayraqları yelləyərək, Suriya ordusu və Suriya prezidenti Bəşərə Əsədə dəstək şüarları səsləndiriblər.

Xəbərlər