440
Rəylər 12 yanvar — 20:30

"İsveçrə ilə Azərbaycan arasındakı gərgin münasibətlər istiləşib"

"Son illərdə bizim ölkələrimiz arasında münasibətlər pozitiv inkişaf edib və bu gün çox yaxşı səviyyədədir".

Virtualaz.org bildirir ki, bunu İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder bu gün keçirdiyi mətbuat konfransında Emin Huseynovun İsveçrəyə getməsindən sonra Bakı və Bern arasında müəyyən gərginliyin yaranması haqda suala cavab verərkən deyib.

Xatırladaq ki, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu qeyri-hökumət təşkilatının rəhbəri Emin Hüseynov bir neçə ay İsveçrənin Azərbaycandakı səfirliyində gizlənib və ölkəni Bakıda Avropa Oyunlarının keçirildiyi dövrdə İsveçrə Xarici İşlər Nazirliyi başçısının müşayiəti ilə tərk edib.

Səfir həmçinin bəyan edib ki, ötən il Azərbaycan ilə İsveçrə arasında diplomatik əlaqələrinin qurulmasının 25-illiyi qeyd olunub. Ölkələrimiz arasında dostluq münasibətləri və sıx əməkdaşlıq mövcuddur, birgə layihələr həyata keçirilir. Beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirik.

Səfir onu da bildirib ki, İsveçrə şirkətləri Azərbaycanda çox fəaldır. Azərbaycanda 20-dən çox İsveçrə şirkəti fəaliyyət göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsi 200 milyon ABŞ dollarına bərabərdir. “İki ölkə arasında yaxşı münasibətlərin olmasının iqtisadi əlaqələrin daha da inkişafına kömək edəcəyinə əminik”, - deyə səfir vurğulayıb.

Xəbərlər