282
Rəylər 12 yanvar — 17:34

Yunker: “Türkiyə jurnalistləri azad etməyənədək Aİ-yə yaxınlaşmayacaq”

Türkiyə həbsdə olan jurnalistləri azad etməyənədək Avropa İttifaqı ilə yaxınlaşmayacaq. Bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib.

Onun sözlərinə görə, Türkiyə iri addımlarla Avropa İttifaqından uzaqlaşmaqda davam edir.

J.Yunker deyib: “Görək, yaxın aylarda Türkiyə hansı irəliləyişlərə nail olacaq. Amma jurnalistlər azad edilməyənədək heç bir irəliləyiş olmayacaq”.

Xəbərlər