158
Rəylər 7 dekabr — 21:38

Rusiya Müdafiə Nazirliyi: “Suriyada İŞİD-in nəzarəti altında olan yaşayış məntəqəsi yoxdur”

“Rusiya Silahlı Qüvvələri Suriyada İŞİD-in məhv edilməsi tapşırığını yerinə yetirib”.

Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy bildirib. Onun sözlərinə görə, son ayda Əbu-Kamal şəhəri və Yefrat çayının sahilində olan bir sıra yaşayış məntəqələri terrorçulardan azad edilib.

“Artıq Suriyada İŞİD-in nəzarətində olan yaşayış məntəqəsi yoxdur. İŞİD-in məhvinin son mərhələsi Rusiya Hərbi Kosmik Qüvvələri aviasiyasının miqyasına və döyüş gərginliyinə görə bənzəri olmayan əməliyyatları ilə müşayiət olunub. Döyüş təyyarələrimiz gündəlik 100 uçuş keçirib və 250 aviazərbə endirib".

Rusiya SQ Baş Qərargah nümayəndəsi bundan sonra Rusiya Hərbi Kosmik Qüvvələrinin barışığa nəzarət edəcəyini söyləyib.

Xəbərlər