127
Rəylər 7 dekabr — 16:46

Pavel Klimkin ATƏT məkanında həll olunmamış münaqişələr barədə

"ATƏT məkanında həll olunmamış münaqişələr ciddi təhlükəsizlik təhdidləri yaratmağa davam edir".

Bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin Vyanada ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri Şurasının illik iclasında çıxışı zamanı deyib.

"Ukrayna, Gürcüstan, Azərbaycan və Moldovada münaqişələrin sülh yolu ilə həlli istiqamətində bu ölkələrin suverenliyi və ərazi bütövlüyünə tam hörmətlə yanaşmaqla daha çox səy göstərməliyik", - diplomat bildirib.

Qeyd edək ki, ATƏT-in iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da daxil olmaqla 40-dan çox XİN başçısı iştirak edir.

Xəbərlər