547
Rəylər 14 noyabr — 11:42

İlham Əliyevin Brüsselə səfəri ərəfəsində Azərbaycana həmlə

Avropa Birliyi Şərq Tərəfdaşlığının Brüsseldə keçiriləcək sammitinə bir neçə gün qalmış Avropa Parlamentinin 47 deputatı Azərbaycan rəhbərliyinə məktub ünvanlayıb.

Virtualaz.org “Azadlıq” radiosuna istinadən bildirir ki, məktubda "jurnalist" (dırnaq bizimdir-red.) Əfqan Muxtarlının azadlığa buraxılmasına çağırış edilir.

Bəzi avrodeputatların, hansıların ki, aralarında Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz baş çəkmiş insanlar da var, fəallığının səbəbi məlumdur. Məlumata görə, bir həftə sonra Brüsseldə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Birliyinin liderləri ilə görüşəcəyi gözlənilir. Avropa Parlamentinin həmin deputatlarının məqsədi məhz Prezidentin səfəri ərəfəsində neqativ fon yaratmaqdır.

Əfqan Muxtarlı və onun guya mayın 29-da Gürcüstanda xüsusi xidmət orqanları tərəfindən oğurlanması və sonradan gizli şəkildə Azərbaycana gətirilməsi haqda danışmağın isə ümumiyyətlə mənası yoxdur. Heç bir məlumat, videokameralardakı yazılar da daxil olmaqla bunu təsdiq etmir. Yeri gəlmişkən, bu barədə hətta gürcü qanun keşikçiləri də dəfələrlə bəyan ediblər.

Amma məktuba qayıdaq. Orada qeyd olunur ki, "Əfqan Muxtarlı və başqa siyasi dustaqların azad olunması… Azərbaycan hakimiyyətinin Şərq Tərəfdaşlığının qarşıdakı sammitinə qədər Avropa İttifaqı ilə sonrakı əməkdaşlığa və tərəfdaşlığa əsl sədaqətini nümayiş etdirəcək…".

Bilirsinizmi, Bakı Avropa Parlamenti deputatlarının "xeyirxah məsləhətinə” əməl etsə nə olacaq? Azərbaycanı radikal islamçıları, hansılar ki, virtualaz.org-un əvvəllər yazdığı kimi, bəzi "hüquq müdafiəçiləri"nin siyahısının 70%-ni təşkil edir, azadlığa buraxmaqda ittiham edəcəklər. Azərbaycanı daim tənqid edən “The Washington Post” nəşri hələ ki, onları "inanclılar" adlandırır…

Virtualaz.org

Xəbərlər