231
Rəylər 13 oktyabr — 16:12

Avropa Komissiyasının rəhbəri: “Kataloniya müstəqil olsa, başqaları da... istəyəcək”

Əgər Kataloniya müstəqil olsa, digəriləri də onun kimi addım atmaq istəyə bilərlər.

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Lüksembur Universitetində çıxış edərkən bəyan edib.

O deyib: "Əgər Kataloniya müstəqil olsa, başqaları da müstəqil olmaq istəyəcək. Bu, mənim xoşuma gəlmir".

Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, Kataloniyanın İspaniyadan ayrılmasını istəmir: "Mən bunu istəmirəm".

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında referendum keçirilib.

Xəbərlər