386
Rəylər 5 oktyabr — 13:20

Ərdoğan: İraq Kürdüstanının nefti ilə bağlı qərarı 3 ölkə verəcək

İraq Kürdüstan Regional Rəhbərliyinin (İKRR) nefti ilə bağlı qərarı 3 ölkə verəcək.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə, İran və İraq arasında üçtərəfli mexanizm qurulub. Şimali İraq neftinin nəqli və ya idxalın dayandırılması barədə qərarı məhz bu üç ölkə verəcək”, - deyə Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, dünya neft ehtiyatlarının təxminən 3 faizi İraq Kürdüstan Regional Rəhbərliyinin ərazisində cəmləşib. Hazırda bu bölgədən gündəlik 600 min barrel neft hasil edilir. İKRR-nin təsdiq olunmuş neft ehtiyatları isə 50 milyard barrelə çatır. Bu da İraqın ümumi neft ehtiyatlarının təxminən üçdəbiri deməkdir. Bu regiondakı yataqlardan hasil edilən neft Kərkük-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına nəql olunur və buradan da dünya bazarına ixrac edilir.(AzərTAc)

Xəbərlər