880
Rəylər 13 sentyabr — 01:11

Saakaşvili: "Mən Ukraynada hakimiyyətin dəyişməsinə nail olacağam"

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru, prezident Pyotr Poroşenkonun birbaşa qərarı ilə Ukrayna pasportundan məhrum edilmiş Mixail Saakaşvili Newson telekanalının efirində bildirib ki, Kiyevdə hakimiyyətin tam dəyişilməsinə nail olmaq niyyətindədir.

"Baxmayaraq ki, mən Kiyevə-evə getməyi çox istəyirəm, amma indi biz Ukraynanın regionları üzrə böyük tura çıxacağıq. Biz iki-üç ay Ukrayna boyu səfər edəcək, insanlarla görüşəcək və onların hakimiyyətə şikayətlərini və iddialarını toplayacağıq. Sonra biz Kiyevə gedəcək, orada hakimiyyətə öz iddialarımızı bildirə biləcək böyük forumun tarixini təyin edəcəyik”, - o vurğulayıb.

Saakaşvili bildirib ki, yeni insanların hakimiyyətə gəlişi üçün seçkilərin dürüst keçirilməsi, "oyun qaydaları"nın və seçki qanunvericiliyinin dəyişdirilməsi lazımdır.

"Biz Kiyevə olduqca çox insanlar gətirəcəyik. Biz hərəkatımızın ictimai gücünü göstərəcəyik. Və bunun sayəsində seçki qanunvericiliyini dəyişə və seçkiləri dürüst keçirə biləcəyik", — Saakaşvili əlavə edib.

Virtualaz.org

Xəbərlər