252
Rəylər 12 sentyabr — 12:17

Ərdoğan Əsədlə gizli görüşü barədə xəbəri təkzib etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədlə gizli görüşməsi barədə yayılan məlumatlara münasibət bildirib.

"Hurriyet"in verdiyi məlumata görə, Ərdoğan Qazaxıstan səfərindən Türkiyəyə dönərkən təyyarədə jurnalistlərə müsahibəsində görüş barədə xəbəri təkzib edib: "Əsədlə görüşməmişəm, görüşmək niyyətim də yoxdur!".

Virtualaz.org xatırladır ki, Astanada Suriya üzrə danışıqlarda barışığın zamini kimi Rusiya və İranla yanaşı Türkiyə də iştirak edir.

Suriya üzrə danışıqların altıncı raundu Astanada 14-15 sentyabrda olacaq.

Xəbərlər