255
Rəylər 11 sentyabr — 17:42

Vəkil: "Aleksandr Lapşin bu gün İsrailə deportasiya ediləcək"

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əfv edilən bloqer Aleksandr Lapşin bu gün İsrailə deportasiya ediləcək.

Virtualaz.org bildirir ki, bu barədə TASS-a telefonla onun vəkili Eduard Çernin məlumat verib.

"Lapşini azad edəcəklər, yəqin, bu gün. Ola bilsin, bu proses bu dəqiqə baş verir. Azad olunandan sonra Lapşin İsrailə deportasiya ediləcək", - deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, deportasiya proseduru zamanı vəkilin orada olması məcburi deyil.

Xəbərlər