358
Rəylər 11 sentyabr — 16:21

İsrailin Azərbaycandakı səfiri Aleksandr Lapşinin əfv olunması haqda

İsrailin Azərbaycandakı səfiri Dan Stav Aleksandr Lapşinin əfv edilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncama münasibət bildirib.

Virtualaz.org-un məlumatına görə, səfir jurnalistlərə bildirib ki, əfv qərarını müsbət qarşılayır. Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb: “Əvvəllər də qeyd etdiyimiz kimi, İsrail Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və Minsk qrupunun səylərini dəstəkləyir”.

Xatırladaq ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev Lapşin Aleksandr Valeryeviçin əfv edilməsi haqqında sərəncam imzalayıb.

Xəbərlər