286
Ölkə 15 iyul — 16:47

Şəhərdaxili marşrut avtobuslarında gediş haqqı artırılmayacaq

Şəhərdaxili marşrut avtobuslarında gediş haqlarının qaldırılması barədə Bakı Nəqliyyat Agentliyində (BNA) müzakirə aparılmır. Bu barədə “Trend”ə açıqlamasında BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Qurum rəsmisi bildirib ki, hazırda bu barədə məsələnin müzakirəsi gündəmdə deyil:

"Ümumiyyətlə, bu gün Bakı Nəqliyyat Agentliyində paytaxtın marşrut şəbəkəsində istifadə olunan sərnişin avtobuslarında qiymət artımı ilə bağlı müzakirə aparılmır və gündəlikdə belə bir məsələ yoxdur. Paytaxtda marşrut xətlərində fəaliyyət göstərən marşrut avtobusları benzinlə deyil, dizel yanacağı ilə işləyirlər. Buna görə də benzinin qiymətinin artması gediş haqlarına təsir etməyəcək".

Xatırladaq ki, Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.

Xəbərlər