410
Ölkə 17 may — 20:19

Şahdağ MDB-nin ən populyar dağ kurortlarının siyahısına daxil edilib

Rusiyanın “TurStat” analitik agentliyi 2017-ci ilin yay ayları üçün MDB-nin ən populyar dağ kurortlarını müəyyən edib. Bu kurortlar arasında Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Özbəkistan kurortları yer alıb.

Rusiyalı turistlər fəal istirahət üçün Çimbulak (Qazaxıstan), Şahdağ (Azərbaycan), Çimqan (Özbəkistan), Karakol (Qırğızıstan) kurortlarını seçir.

Məlumatda qeyd olunur ki, Şahdağda gündəlik istirahət 90 dollara başa gəlir. Karakol və Çimqanda bu 70 dollara, Çimbulakda 100 dollara bərabərdir.

Xəbərlər