808
Ölkə 12 yanvar — 15:12

Pensiyaların gecikdirilməsi texniki problemlə bağlıdır

Yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq.

Bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda əmək pensiyalarının maliyyələşməsində hər hansı problem mövcud deyil. “Bu ay pensiyaların maliyyə təminatında heç bir problem yoxdur. Yeni təqvim ilinin ilk ayı, həmçinin bu ayın ilk günlərinin bayramla əlaqədar qeyri-iş günləri olduğundan pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar keçirilməsi ilə təmin olunur. Ona görə də, bunun maliyyə çatışmamazlığı kimi qiymətləndirilməsi doğru deyil. Yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq qrafik əsasında pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq”, - E.Babayev əlavə edib.

Ülviyyə

Virtualaz.org

Xəbərlər