281
Ölkə 12 yanvar — 11:06

“Azərişıq” ASC Hökməli, Xırdalan və Sarayda təmir işləri aparır, qısa fasilələr olacaq

“Azərişıq” ASC bildirir ki, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisi olan Hökməli qəsəbəsini elektrik enerjisi ilə təchiz edən 10 kv-luq “Hökməli” havaelektrik verilişi xəttində, Xırdalan şəhərinin bir hissəsini elektrik enerjisi ilə təchiz edən 6 kv-luq “BQF” hava elektrik verilişi xəttində və 6 kv-luq “Saray№2” hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq adıçəkilən ərazilərin elektrik enerjisi təchizatında 12 yanvar 2017-ci il tarixində saat 12.00-dan 15.00-a qədər qısamüddətli fasilələr  yaranacaqdır.

 Yaranmış narahatçılığa görə “Azərişıq” ASC abonentlərindən üzr istəyir

“Azərişıq” ASC-nin mətbuat xidməti

Xəbərlər