349
Ölkə 11 yanvar — 15:01

Avtovağzaldan 3 milyondan çox sərnişin daşınıb

Bakı Beynəlxalq Avtovağzalı ötən il 3 milyondan çox sərnişinə xidmət göstərib.

Bu barədə virtualaz.org-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

Onun sözlərinə görə, 2016-cı il ərzində Bakı Beynəlxalq Avtovağzalından 129252 reyslə 3 milyon 234233 sərnişin daşınıb. 122046 reyslə 3 milyon 17036 şəhərlərarası sərnişin daşınması, 7206 reyslə isə 217197 beynəlxalq sərnişin daşınması həyata keçirilib.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər