500
Ölkə 11 avqust — 11:04

Metronun “Bakmil” stansiyasında hərəkət iki günlük bərpa edildi

“Bakmil” stansiyasına giriş-çıxışa qoyulmuş məhdudiyyət şənbə və bazar günləri (11-12 avqust tarixlərində) tətbiq edilməyəcək.

Virtualaz.org bildirir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov.

O bildirib ki, sərnişinlər “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun olaraq istifadə edə bilərlər.

Qeyd edək ki, avqust ayının 8-dən yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin “Bakmil” stansiyasına giriş-çıxışı müvəqqəti olaraq 8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb.

Xəbərlər