885
Ölkə 10 avqust — 11:06

Gəncədə 16 yaşlı qız itkin düşüb

Gəncədə itkin düşən qız yaxınları tərəfindən axtarılır.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər sakini, 2002-cı il təvəllüdlü Rəsmiyyə Kərimova avqustun 3-ü yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 168 sm, arıq bədən quruluşlu, uzun qara saçlara malik, gözlərinin rəngi qara.

Rəsmiyyə Kərimova evdən çıxarkən əynində tünd yaşıl rəngli don, ayağında sarı rəngli yay ayaqqabısı və qara rəngli çanta olub.

Xəbərlər