1210
Ölkə 9 avqust — 22:53

Bakıda güclü külək fəsadlar törətdi

Paytaxtda güclü külək bir sıra fəsadlar törədib.

“Report”un məlumatına görə, Bakının Nəsimi rayonunun Xan Şuşinski küçəsində küləyin aşırdığı ağac minik avtomobilinin, rayonun digər ərazisində isə dayanacağın üzərinə düşüb.

Qeyd edək ki, bu gün paytaxtın müxtəlif ərazilərində güclü külək nəticəsində ağacların budaqlarının sınması və kökündən qopması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə 6 müraciət daxil olub. Birliyin şöbə rəisi Orxan Məmmədov bildirib ki, hadisələr nəticəsində xəsarət alan olmasa da, hər an faciə baş verə bilər.

Xəbərlər