1641
Ölkə 12 iyul — 16:57

Azərbaycanda yenə elektrik enerjisi problemi yarandı

Bu saatlarda Bakının bəzi hissələri və Azərbaycanın bir neçə rayonu elektrik enerjisiz qalıb.

Növbəti “qaranlığ”ın səbəbi Mingəçevir İEM-dən gələn elektrik xəttinin keçdiyi ərazidə baş vermiş yanğındır.

Virtualaz.org-a hökumətdəki mənbələrdən bildirilib ki, təhlükəsizlik baxımından ölkənin bəzi rayonlarında elektrik enerjisi təchizatı dayandırılıb.

Təhlükə aradan qaldırıldıqdan sonra elektrik enerjisi təchizatı bərpa ediləcək.

Xəbərlər