2127
Ölkə 11 iyul — 16:21

Qiyamçıların vəhşi qəddarlığı: polisin qətlə yetirilməsi anının görüntüləri

Sosial şəbəkələrdə Gəncədə qiyamçılar tərəfindən polisə qarşı edilən amansız vəhşiliyin əks olunduğu video yayılıb.

Videokadrlardan görünür ki, kütlə silahsız polisə necə hücum edir və onu yerə yıxır. Az sonra isə o, amansızlıqla qətlə yetirilir...

Virtualaz.org xatırladır ki, dünən axşam Gəncə şəhərində qanunsuz aksiyanın qarşısı alınan zaman polislərlə aksiyaçılar arasında qarşıdurma baş verib. Qarşıdurma zamanı qiyamçılar tərəfindən iki polis zabiti- polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov qətlə yetirilib.

Xəbərlər