3424
Ölkə 17 may — 16:57

Xaləddin İsgəndərovun fərmanı verildi

Bakının Binəqədi rayonunun bu gün işdən azad edilən icra hakimiyyəti başçısı Xaləddin İsgəndərov musavat.com-a bildirib ki, artıq işsizdir və hansısa yeni vəzifəyə təyinat almayıb:

"Artıq işsizəm. Yığışıb gedirəm evə..."

*   *   *16:24

Bu gün prezident İlham Əliyev Bakının Binəqədi rayonunun icra hakimiyyəti başçısı Xaləddin İsgəndərovun işdən azad edilməsinə dair sərəncam imzalayıb. Sərəncam prezidentin rəsmi saytında yerləşdirilib.

Xaləddin İsgəndərov keçmiş vergilər naziri Fazil Məmmədovun qohumu idi və Bakı rayonlarının ən çox tənqid edilən icra başçılarından biri idi. Çoxdandır onun işdən azad ediləcəyi haqda xəbərlər yayılırdı.

Virtualaz.org

Xəbərlər