430
Ölkə 17 may — 11:08

Miqrasiya Xidmətinin yeni rəisi korrupsiya halları və kadr islahatları haqda

Dövlət Miqrasiya Xidmətində əvvəllər mövcud olmuş korrupsiya halları aradan qaldırılacaq, artıq bu istiqamətdə fəaliyyətə başlanılıb.

Virtualaz.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, dövlət başçısı Xidmət qarşırısında müəyyən yeni vəzifələr və tapşırıqlar müəyyən edib: "Biz ilk gündən bu tapşırıqların icrası istiqamətində fəaliyyətə başlamış, mövcud vəziyyəti təhlil etmiş, vətəndaşların müraciət və şikayətlərini araşdırmışıq. Bununla əlaqədar artıq ilk addımlara başlamışıq. Dövlət Miqrasiya Xidməti çalışacaq ki, bütün qeyd edilən nöqsanlar aradan qaldırılsın. Həmçinin kadr islahatları da bu prosesin bir hissəsidir. Cənab Prezidentin müəyyən etdiyi tapşırıqları icra etməyə qadir olan kadrlara önəm verəcəyik. Təbii ki, bu islahatlar müəyyən şəxslərin işdən kənarlaşdırılmasını istisna etmir".

V.Hüseynov həmçinin qeyd edib ki, işçilərin bilik və bacarıqlarını artırmaq və bu bacarıqlardan maksimum istifadəni təmin etməyə çalışacaqlar: "Bununla bağlı da bəzi yerlərdə yerdəyişmələr həyata keçiririk. Bütün tapşırıqlar diqqətdədir. Miqrasiya Xidməti tam gücü ilə fəaliyyət göstərir".

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər