358
Ölkə 17 aprel — 12:46

Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq

Azərbaycanda gələcəkdə ali məktəblərə qəbul zamanı buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə olması nəzərdə tutulur.

Virtualaz.org-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, ötən il ali məktəblərə qəbul olmaq istəyən, lakin rus bölməsinin məzunlarının Azərbaycan dilindən heç bir ali məktəbə qəbul olmayan namizədlərin bu fənn üzrə olan ötənilki nəticələri builki qəbul imtahanlarında da nəzərə alınıb:

"Yəni onların nəticələri iki il qüvvədədir. Nəzərdə tutulur ki, bu ildən yox, gələcəkdə buraxılış imtahanlarının nəticələri də ən azı 2 il qüvvədə olsun. Bunun tətbiqi üçün isə vaxt lazımdır".

M.Abbaszadə onu da xatırladıb ki, hazırda 9-cu sinfi bitirə bilməyən şagirdlər üçün ayrıca buraxılış imtahanı təşkil olunur: "Əgər cari ilin məzunları üçün buraxılış imtahanları müxtəlif istiqamətlər üzrə ayrı-ayrı tarixlərdə fərqli rayonlarda keçirilirsə, əlavə olaraq əvvəlki illərin məzunları üçün də buraxılış imtahanları keçirilir".

Xəbərlər