562
Ölkə 16 aprel — 22:07

Bu gecə və səhər Bakının mərkəzi rayonlarından bəzilərində su olmayacaq

17 aprel 2018-ci il tarixində 00:00-dan başlayaraq 12 saat müddətində H.Əliyev küçəsi, Tbilisi və Moskva prospektində yerləşən mənzil və obyektlərə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" ASC-dən məlumat verilib.

İçməli suyun verilişində məhdudiyyətə səbəb magistral kəmərlərdə aparılan yenidənqurma işləridir.

Xəbərlər