481
Ölkə 12 yanvar — 11:19

Metroda intihara cəhd edən kişi reanimasiyada dünyasını dəyişdi

Metroda intihara cəhd edən kişi xəstəxanada keçinib.

Bu barədə Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildirilib ki, səhər saatlarında metronun "Qara Qarayev" stansiyasında intihara cəhd edən kişi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb. Xəstə reanimasiyada dünyasını dəyişib.

Oxu.az isə hüquq-mühafizə orqanlarına istinadən bildirir ki, Bakı metrosunda özünü qatarın altına atmaq istəyən və xəstəxanada dünyasını dəyişən şəxs 1971-ci il təvəllüdlü məcburi köçkün Cəmil Cəlilovdur.

***10:35

Bakı Metropolitenində intihara cəhd qeydə alınıb.

Virtualaz.org-un məlumatına görə, hadisə metronun "Qara Qarayev" stansiyasında baş verib. Saat təqribən 09:18-də "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatar "Qara Qarayev stansiyasına daxil olmaq istəyərkən təxminən 60 yaşlı, əlində əsa olan kişi özünü qatarın altına atmağa cəhd edib.

Maşinistin sayıqlığı nəticəsində intihar cəhdinın qarşısı alınıb. Yaşlı kişi qatara dəyərək platformaya yıxılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib.

İntihara cəhd edən şəxsin kimliyi məlum deyil.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev KİV-ə açıqlamasında faktı təsdiqləyib.

Xəbərlər