397
Ölkə 7 dekabr — 17:37

Bacı-qardaşın qatilinə ömürlük həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Faiq Qəniyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə əsasən, A.Cəfərov ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bu il aprelin 2-də Keşlə qəsəbəsində Fəridə Qasımovanın meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub.

Onun idarə etdiyi “BMW” markalı avtomobildə L. Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

Virtualaz.org

Xəbərlər