272
Ölkə 6 dekabr — 15:57

Britaniya şirkətinin Bakı nümayəndəliyinin əməkdaşına 4 il həbs verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən "Amec Services Limited" şirkətinin baş mühasibi və maliyyə menecerinin müavini işləmiş Fuad Əfəndiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Əfəndiyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında F.Əfəndiyevin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, cinayət işinin başlanmasına "Amec plc" şirkətinə məxsus üç şirkətin - "Amec" MMC, "AMEC Resources Limited" və "AMEC Services Limited" şirkətlərinin fəaliyyətləri dövründə qeyri-qanuni ödənişlərin aparılması barədə edilən müraciət səbəb olub. İstintaq zamanı külli miqdarda pul vəsaitinin qanunsuz olaraq müxtəlif ölkələrdəki şirkətlərə köçürülməklə leqallaşdırıldığı məlum olub.

F.Əfəndiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə itiham edilib.

Məhkəmə zamanı F.Əfəndiyev ona elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini deyib.

Virtualaz.org

Xəbərlər