710
Ölkə 6 dekabr — 17:24

Salyanda lombard işçisini bıçaqlayan oranın müştərisi imiş...

Bu gün səhər saatlarında Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən lombardın işçisi, 47 yaşlı Bədəlova Xanım Eldar qızının bıçaqlanmasının təfərrüatları məlum olub.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, lombardın müştərisi, Salyan şəhəri, 20 Yanvar küçəsinin 32 yaşlı sakini Abbasov Tural Cəbrayıl oğlu aylıq ödənişini etmək üçün lombardda olarkən yüksək faizdən gileyləndiyi üçün onunla Xanım Bədəlova arasında mübahisə yaranıb. Mübahisə zəminində Tural Abbasov lombard işçisinə üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirdikdən sonra hadisə yerindən qaçıb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşalarının keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Tural Abbasov hadisədən çıx keçməmiş şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi qaldırılıb.

*   *   *12:14

Salyan Rayon Polis Şöbəsinin əməkdaşalarının həyat keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün səhər saatlarında Salyan şəhərində lombarda basqın edərək işçi qadını bıçaqlayan şəxs saxlanılıb.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxs Salyan şəhər sakinidir.

*   *   *11:30

Bu gün səhər saatlarında Salyan şəhərinin Ə.Zeynalov küçəsindəki evlərdən birində yerləşən lombarda naməlum şəxs tərəfindən basqın olub.

Virtualaz.org-un Şirvan bürosunun əldə etdiyi məlumata görə, lombardın sahibi Elman Şahsuvarova məxsus həyətə daxil olan naməlum şəxs onun işçisi, baldızı - 47 yaşlı Bədəlova Xanım Eldar qızını bıçaqla hədələyərək qızıl verməsini tələb edib. Qadın onun tələbini yerinə yetirdikdən sonra həmin naməlum şəxs ona üzərində olan bıçaqla qarın nahiyəsindən xəsarət yetirib.

Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Xanım Bədəlova hazırda əməliyyata götürülüb, vəziyyəti orta ağırdır.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətmiş şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində operativ əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Virtualaz.org

Xəbərlər