358
Ölkə 15 noyabr — 11:41

Ceyranbatanda məktəbdə dalaşan uşaqları ayıran 45 yaşlı xadimə ölüb

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında dava düşüb.

"Report"un xəbərinə görə, şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzərovaya davada iştirak edənlərdən birinin təpiyi (ayaq zərbəsi) dəyib. O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsarətlər alan xadimə əməliyyat masasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər