1038
Ölkə 14 noyabr — 16:45

ANS-in tezliyində yeni kanal açılacaq

Bu gün Milli Telelviziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan verilən xəbərə görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.

Xatırladaq ki, həmin tezlikdə ANS telekanalı yayımlanırdı.

Xəbərlər