318
Ölkə 14 noyabr — 18:22

Fərəh Rəşadətlinin işi üzrə istintaq yekunlaşıb

"Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, Fariz Qarayev və Tamamgül Xanlarovanın cinayət işi üzrə istintaq yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə iş üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddəlləri ilə təqsirləndirilir. F.Qarayev və T.Xanlarova isə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.

Onların hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bir müddət öncə hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər