197
Ölkə 13 oktyabr — 16:32

Sabah Bakıda süd vəzi xərçəngi ilə mübarizə aksiyası keçiriləcək

Oktyabrın 14-də Səhiyyə Nazirliyi, Milli Onkologiya Mərkəzi və “İDEAL”ın təşəbbüsü ilə süd vəzi xərçənginə qarşı mübarizə aksiyası keçiriləcək.

Virtualaz.org xəbər verir ki, aksiya “28 Mall”, “Park Bulvar”, “Gənclik Mall”, metronun “Elmlər Akademiyası” (Hüseyn Cavid 528), “Memar Əcəmi” (H.B. Əliyev 9), “Nərimanov” stansiyaları (A. Nemətulla 42”) və digər ünvanlarda yerləşən “İDEAL” mağazalarında saat 12:00-dan etibarən keçiriləcək. Milli Onkologiya Xəstəxanasının həkimləri tərəfindən gün ərzində aksiyaya qoşulan şəxslərə süd vəzi xəstəlikləri, onların ilkin mərhələdə aşkarlanması və s. barədə məlumatlar veriləcək.

Aksiya çərçivəsində həmçinin süd vəzi xərçəngindən qorunmaqla bağlı faydalı məlumatlar olan bukletlər paylanacaq.

Xatırladaq ki, 1993-cü ildən oktyabr ayı dünyada “Süd vəzi xərçəngi ilə mübarizə ayı” elan olunub. Bütün dünyada keçirilən bu aksiyanın hədəfi diqqəti süd vəzi xərçənginə yönəltmək, qadınları vaxtında müayinələrdən keçməyə çağırmaq, insanları bu xəstəliklə bağlı məlumatlandırmağa yönəlib.

Gülnar

Virtualaz.org

Xəbərlər