392
Ölkə 13 oktyabr — 16:56

Azərbaycanda iranlı tələbənin meyiti tapıldı

Novxanı bağları yaşayış massivində yerləşən evlərdən birində kişi meyiti aşkarlanıb.

Məsələ ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin müayinə zamanı ölən şəxsin üzərində xəsarətlər aşkarlanıb. Həmçinin öldürülən şəxsin bütün əzalarının yerində olduğu da müəyyən edilib.

Artıq meyiti tapılan şəxsin kimliyi müəyyənləşdirilib. Sumqayıt Şəhər Prokurorluğundan virtualaz.org-a verilən məlumta görə, meyiti tapılan şəxsin İran İslam Respublikasının vətəndaşı, 1994-cü il təvəllüdlü Möhtati Saman Nemət oğlu olduğu müəyyən edilib. Onun qətlə yetirildiyi dəqiqləşib və faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Hadisə barədə ilk xəbər yayan lent.az-ın əldə etdiyi digər məlumata görə, qətlə yetirilən şəxs Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin 5-ci kurs tələbəsi olub. Onun kim tərəfindən, hansı şəraitdə, nə səbəbdən öldürüldüyü hələlik tam aydınlaşmayıb. Araşdırmalar davam etdirilir.

Sayt qətlə yetirilən iranlı tələbənin fotosunu da əldə edib.

Xəbərlər