420
Ölkə 13 oktyabr — 13:00

Oktyabrın 16-da Azərbaycanda televiziya və radio 9 saat işləməyəcək

Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək.

Bu barədə “Trend”ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Profilaktika ilə əlaqədar olaraq telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir.

Xəbərlər