165
Ölkə 13 oktyabr — 10:13

Paytaxtın əsas yollarında sürət həddi endirildi

Paytaxtın əsas yollarında sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə paytaxtın əsas magistral yolları - Heydər Əliyev prospekti - Hava Limanı və Zığ dairəsi - Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər.

Xəbərlər