236
Ölkə 6 oktyabr — 13:30

Əli Kərimlinin müavininin həbs müddəti uzadıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının həbs müddəti uzadılıb.

Virtualaz.org bildirir ki, bu barədə KİV-ə vəkil Zibeydə Sadıqova məlumat verib.

Onun sözlərinə görə, Nəsimi Rayon Məhkəməsi həbs müddətinin dekabrın 25-nə qədər uzadılması haqda qərar çıxarıb.

Xatırladaq ki, Gözəl Bayramova 25 may 2017-ci il tarixində, saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Gözəl Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Virtualaz.org

Xəbərlər