729
Ölkə 6 oktyabr — 11:05

Vəfa Dadaşova məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. V.Dadaşova ibtidai sinifə qədər uşaqların hazırlığı ilə məşğul olduğunu deyib.

İclasda çıxış edən zərərçəkmişlər bildiriblər ki, V.Dadaşova istintaq müddətində onları şantaj edib, barəsində internetdə məlumatlar yerləşdirib.

Hazırlıq iclasında V.Dadaşovanın barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib. Məhkəmə baxış iclası oktyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, zərərçəkmiş zəxslərdən Pərviz İsmayılov İsmayıllı rayon Polis şöbəsinin rəis müavinidir. Digər zərərçəkmiş isə həkimdir.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər