711
Ölkə 13 sentyabr — 16:07

Bakı metrosunda insident

Bu gün saat 16 radələrində metronun "Koroğlu" stansiyasından "Ulduz"a gedən qatarda sərnişinlər arasında dava düşüb.

Hadisə şahidlərinin milli.az-a verdiyi məlumata görə, qatarda qadın sərnişinlərdən biri vaqonda onu itələyən oğlanı söyməyə başlayıb. Qeyri-etik ifadələr işlədən qadın oğlanı qıcıqlandırıb və oğlan onunla mübahisəyə başlayıb. Bu zaman başqa sərnişin araya girib. Nəticədə sərnişinlər arasında dava düşüb və onlar bir-birilərini şillələyiblər.

"Ulduz" stansiyasında dava salan sərnişinlərin qatardan düşürüldüyü bildirilir.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə virtualaz.org-a hadisə barədə məlumatlı olmadığını dedi. Onun sözlərinə görə, həmin vaxt stansiyada olan növbətçilər də hər hansı davadan məlumatlı deyillər: “Mən bizim növbətçilərdən də bu barədə soruşdum. Onların da xəbəri yoxdur. Əgər sərnişinlər arasında dava olsaydı, onlar qatardan düşürülən zaman bizim işçilərin xəbəri olardı. Heç kimin bu barədə məlumatı yoxdur. Görünür, iki sərnişin arasında kiçik narazılıq olub”, - deyə QSC rəsmisi bildirirb.

G. Əliyeva

Virtualaz.org

Xəbərlər