146
Ölkə 13 sentyabr — 10:25

Azərbaycan sərhədində avtomobildən 4 ədəd mobil telefon götürülüb

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin salonunda, ön panelin içərisində 2 ədəd "Samsung Galaxy J5-6" və 2 ədəd "Samsung Galaxy Grand Prime+" markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər