1529
Dünən 18 iyun — 14:41

Dağıstan ali məktəblərinə Azərbaycandan kütləvi axının səbəbi nədir...

Hazırda Dağıstan respublikanın ali təhsil müəssisələrində təxminən min beş yüz əcnəbi tələbə təhsil alır. Onların çox hissəsi qonşu Azərbaycan və MDB ölkələri vətəndaşlarıdır. Burada həmçinin Kot-d'İvuar, Şri-Lanka, Cənubi Koreya və başqa dövlətlərin vətəndaşlarına da rast gəlinir. Bəs niyə onların seçimi vətəndən bu qədər uzaq universitetlərədir? Virtualaz.org xəbər verirki, “RİA-Novosti”ni bu suala cavab axtarmaq üçün Dağıstan Universitetləri ilə bağlı reportaj hazırlayıb.

2016-2017-ci tədris ilində xarici tələbələrin böyük əksəriyyəti Dağıstan Dövlət Aqrar Universitetini seçib: burada əyani və qiyabi bölmələrdə beş yüzdən çox xarici tələbə oxuyur. Ali məktəbin beynəlxalq bölməsində qeyd edildiyi kimi, bu tələbələr Dağıstan yaxınlığında yaşayırlar: bir neçə ukraynalı, türkmən və tacikdən başqa, demək olar ki, hamısı Azərbaycan Respublikası vətəndaşıdır. Dağıstan Universitetinin ən məşhur fakultəsi isə iqtisadiyyatdır ki, burada əyani və qiyabi bölmələrdə 350-dən çox əcnəbi tələbə var.

İkinci yerdə Dağıstan Dövlət Universiteti gəlir ki, burada Azərbaycandan 200 tələbə, o cümlədən, Cənubi Koreya, Yəmən və başqa ölkələrdən tələbələr təhsil alırlar. Ən böyük üstünlük isə iqtisadiyyat və və hüquq fakültəsinə verilir. Üçüncü tanınmış universitet - Dağıstan Dövlət Texniki Universitetini (DDTU) seçənlər, əsasən, arxitektura və inşaat, həmçinin neft, qaz mühəndisliyi fakültələrində təsil alırlar.

Niyə Dağıstan?

Müəllif yazır ki, tələbələrin Dağıstan seçiminə səbəb beynəlxalq bazarda universitetlərin təhsil səviyyəsinin yüksək olmasıdır. Rəyi soruşulmuş tələbələrin böyük əksəriyyəti bildirir ki, burani daha əvvəl təhsil alan dostları və qohumları onlara məsləhət görüblər. Bundan başqa, təhsil qiymətlərinin aşağı olması da müəyyən qədər rol oynayır. Müsəlman ölkələrindən gəlmələr üçün mədəniyyətin və dünyagörüşünün yaxınlığı əhəmiyyətli meyardır.

Dağıstan Dövlət Tibb Universitetində beynəlxalq şöbənin rəhbəri Maqomedxan Abakarovun sözlərinə görə, xarici abituriyentlər internetdə ali məktəbin informasiya itəbliğatı və beynəlxalq sərgilərdə reklam aksiyaları sayəsində bu universitet haqqında məlumat əldə edirlər. "Bizə bu ildə Afrika ölkələrindən də tələbələr gəliblər. Fələstin, İraq, Suriya, Hindistan artıq təhsil xidmətləri sahəsində bizim ənənəvi bazarımıza çevrilib. Bundan başqa, biz Sakit okeanın cənub hissəsinin ada dövlətləriylə əməkdaşlıq etmək fikrindəyik", – Abakarov qeyd edir.

Seçilmiş ixsisasa daxil olmazdan əvvəl xarici tələbələr hazırlıq bölməsində peşəkarlıqla həyata keçirilən dil hazırlığını keçirlər. Dağıstan Dövlət Universitetinin beynəlxalq təhsil fakultəsinin dekanı Raziyat Tacibovanın sözlərinə görə, uzaq xaricdən gələn tələbələr burada özlərini daha yaxşı tərəfdən göstərirlər.

"Onlar çox yaxşı oxuyurlar, çox çalışırlar. Yarım il ərzində tələbələr rus dilini yaxşı səviyyədə öyrənməyi bacardılar, tez-tez Həmzətov, Puşkin, Simonovun şeirləriylə çıxış edirlər”, - deyə dekan bildirir.

Asudə vaxt

Xarici tələbələr təhsil müəssisələrinin və şəhərin mədəni və ictimai həyatında fəal iştirak edirlər. Respublikanın qonaqları tələbə müsabiqələrində, festivallarda, forumlarda və başqa yaradıcılıq tədbirlərində çıxış edirlər. Ancaq tələbələr qeyd edirlər ki, onlar üçün asudə vaxt rus dilinin çətinliyi ilə əlaqədar olaraq əlçatmazdır. Baxmayaraq ki, onlar artıq məişət səviyyəsində rusca danışırlar, çətinlik kinoteatrlara baş çəkən zaman ortaya çıxır. Tələbələr deyirlər ki, Maxaçkalanın hər bir sakininin azad şəkildə istifadə etdiyi bütün əyləncə və maarifçilik xidmətlərindən tələbələr yalnız bir il sonra, yəni rus dilini təmiz öyrəndikdən sonra istifadə edə bilərlər.

Əfqanıstandan olan tələbə Mustafa Həsən danışır ki, o, burada özünə dostları ingilis dili kurslarında tapıb. "Orada mən Mahmud, Hüseyn və başqa dağıstanlı uşaqlarla dostlaşdım. Bizi Milli Kitabxanaya tədbirlərə tez-tez dəvət edirlər, həmçinin biz futbol oynamağı sevirik. Müəllimlərlə birlikdə ad günlərini qeydedirik, bayramlarda teatra gedirik, başqa xarici tələbələrlə ünsiyyət saxlayırıq", –deyətələbə əlavə edir.

G.Əliyeva

Virtualaz.org

Xəbərlər