1672
Dünən 6 yanvar — 18:31

Erik Xaçaturov: “Qarabağ münaqişəsi Ermənistan üçün faciəyə çevrildi”

Erik Xaçaturov uzun illər Sankt-Peterburqda yaşayan erməni sahibkardır. Milyonlarla erməni kimi, o da Ermənistanda hazırda mövcud olan faciəvi reallıqdan xilas yolunu mühacirıətdə tapıb. Bir neçə gün bundan əvvəl E.Xaçaturov KİV-dən erməni ictimai fəalların Bakıya gəldiyini, Ermənistan-Azərbaycan sülh platformasının yaradılmasını və xalq diplomatıyasının sülhməramlı səyləri barədə öyrənib.

Virtualaz.org-un redaksiyasına müraciət etmiş E.Xaçaturov düşmənlik edən iki xalqın barışdırılması barədə öz fikirləri ilə bölüşmək istədiyini bildirib və açıq şəkildə sülhməramlı platformaya qoşulmaq arzusunu izhar edib. Bundan əlavə, E.Xaçaturovun sözlərinə görə, sülh platforması və xalq diplomatiyası ideyası Rusiyada yaşayan ermənilər arasında böyük və səmimi dəstək qazanıb. “Ermənistan və ermənilər mənasız müharibədən beziblər”, - erməni iş adamının düşüncələrinin leytmotivi belədir.

Virtualaz.org-un xüsusi müxbiri ilə E.Xaçaturovun söhbətini diqqətinizə çatdırırıq:

- Ermənistanla Azərbaycan arasında Bakı sülh platformasını necə qiymətləndirirsiniz və onu dəstəkləyəcəksinizmi? Fikrinizcə, ictimai fəalların bu təşəbbüsü iki xalqın barışdırılması və Dağlıq Qareabağ münaqişəsinin sülh yolu ilə həlli üçün perspektivlər açırmı?

- Fikirləşirəm ki, Bakı platforması hər erməni, həm də Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq gətirə bilər.

Mən platformanın ideyasını tam şəkildə dəstəkləyirəm və imkan olarsa, onun iştirakçılarının sıralarına qoşulmaq istəyirəm. Fikrimcə, bu proqrama hər iki tərəfdən daha çox iştirakçı qoşulsa, iki xalqın barışdırılmasına doğru daha qəti və effektiv addımlar atmaq olar.

- Necə fikirləşirsiniz, Qarabağ müharibəsi Ermənistana və onun xalqına müsbət nəsə verdimi?

- Qarabağ müharibəsi ilk növbədə on minlərlə günahsız insanın ölümünə, yüz minlərlə adamın ev-eşiyini tərk etməsinə gətirib çıxardı. Bu faciənin əks-sədası hələ də eşidilməkdədir. Ermənistana və onun xalqına bütün bunlar yüz minlərlə ailənin faciəsindən, bu gün də davam edən ağrıdan, məhrumiyyətlərdən və məşəqqətlərdən başqa nə verə bilərdi ki?

- Ermənistanın keçmiş prezidenti bir dəfə erməni və azərbaycanlı xalqlarını “genetik uyuşmaz” adlandırıb. Bu deyimdə həqiqət görürsünüzmü? Ermənistanda yaşamayan bir adam kimi, Qafqazın hüdudlarından kənarda ermənilərlə azərbaycanlıların münasibətləri barədə nə deyə bilərsiniz?

- İxtisasca genetikadan uzağam və Koçaryanın hansı genetik tədqiqatlara əsaslandığını deyə bilmərəm, lakin bir şeyi əminliklə deyə bilərəm ki, ermənilərlə azərbaycanlıların mental xüsusiyyətləri, mədəniyyəti və məişəti 90% ümumi cizgilərə malikdir. Bu faktdan gizlənmək mümkün deyil.

Mən uzun illərdir Rusiyada yaşayıram və burada azərbaycanlılar arasında çoxlu dostlarım var. Onların çoxunu yaxın və əsl dost hesab edirəm!

- Ermənistanın indiki hakimiyyəti, başqa cür adlandırıldığı kimi, “Qarabağ klanı” barədə nə düşünürsünüz?

- Ermənistan hakimiyyəti, ilk növbədə Serj Sarkisyan xalqı üçün böyük bəlaya çevrilib. Onlar sözün əsl mənasında erməni xalqını məhv edir, onun tam yox olmasına çalışırlar.

- “Sülh platforması”nı yerində dəstəkləmək üçün, sizi dəvət etsələr, Bakıya gələrsinizmi?

- SSRİ dövründə Bakıda çox olmuşam və məmnuniyyətlə ora yenidən gəlməyə hazıram. Həm sülhməramlı platformanı dəstələmək üçün, həm də çox sevdiyim şəhərdə gəzmək üçün.

Vahan Martirosyan

Virtualaz.org

Xəbərlər