1843
Dünən 5 sentyabr — 11:12

Deputatın qızı İngiltərədə 2 milyarda malikanə aldı

Tatarıstan Respublikasından Rusiya Dövlət Dumasının deputatı Rinat Xayrovun 29 yaşlı qızı Elsina İngiltərənin Surrey qraflığının cənub hissəsində elit malikanə alıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli mənbələr həmin malikanənin qiymətinin 22 milyon funt sterlinq, yaxud 1,9 milyard rubl olduğunu bildirirlər.

Rinat Xayrov

“The Daily Mail” nəşri yazır ki, Tatarıstanın keçmiş maliyyə nazirinin qızının aldığı malikanənin sahəsi 3 hektara bərabərdir.

Evin özündə 10 yataq otağı, 15 hamam, böyük hovuz, SPA-salon, şərab zirzəmisi, kinoteatr, 6 maşınlıq qaraj var. Həyətin 1,2 hektarı isə meyvə bağıdır.

deputatın qızı Elsina

Mənbə əlavə edir ki, bundan öncə Elsina Londonda 10 milyon funt sterlinqə (870 milyon rubl) mənzil alıb.

Bu xəbərləri şərh edərkən deputat Xayrov deyib ki, onun qızı kifayət qədər yaşı olan qadındır və iş adamı ilə evlidir. Öz gəlirlərinin isə qızının mülkiyyətinə heç bir aidiyyatı yoxdur.

Xəbərlər