879
Dünən 3 sentyabr — 17:10

İrandan Azərbaycana gətirilən 25 tona yaxın kartof geri qaytarıldı

Qida Təhlükəsizliyi Agentliyi tərkibində zərərli orqanizmlər olan 24700 kiloqram kartof məhsulunun ölkə ərazisinə daxil olmasının qarşısını alıb.

Bu barədə virtualaz.org-a Agentlikdən məlumat veriblər.

İran İslam Respublikasından fitosanitar sertifikatla ixrac olunan və “Güllü-80” MMC–nin ünvanına göndərilməsi nəzərdə tutulan kartof məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən baxış keçirilərkən həmin məhsulda zərərli orqanizm olduğu aşkar edilib.

Aşkar edilən zərərli orqanizmin karantin tətbiq edilən Kolorado kartof böcəyi (Leptinotorsa decemlineata Say) olması ehtimal edilərək, zərərli orqanizmin təsdiqlənməsi üçün məhsuldan və zərərvericidən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Müayinələr nəticəsində, məhsullarda karantin tətbiq edilən Kolorado kartof böcəyi zərərvericisinin olması təsdiqlənib.

Aşkar edilmiş karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, Biləsuvar gömrük idarəsinin “Qoşa Təpə” gömrük postunda saxlanılan 67A995-10/67AA96-10 Dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan 24700 kq kartof məhsulunun İran İslam Respublikasına qaytarılması üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Ülviyyə

Virtualaz.org

Xəbərlər