1380
Dünən 5 avqust — 12:39

Həyatına sui-qəsd edilən prezident: “Allah məni qoruyur”

Venesuela prezidenti Nikolas Maduroya sui-qəsdin təşkilatçılarının bir hissəsi artıq saxlanılıb.

Virtualaz.org-un məlumatına görə, bu barədə xalqa tele-müraciətində dövlət başçısının özü bildirib.

Prezident hücumda Venesuela və Kolumbiyanın sağ güclərini ittiham edib.

“Dərhal araşdırma başlandı, artıq sui-qəsdin təşkilatçılarının bir hissəsi saxlanılıb”, - deyə prezident vurğulayıb.

Onun sözlərinə görə, Venesuela sağ gücləri və prezident Xuan Manuel Santosun başçılıq etdiyi Kolumbiya sağ gücləri sui-qəsd cəhdinə təşəbbüs ediblər.

O əlavə edib ki, ki, ona sui-qəsdin təşkilatçılarından bəziləri Birləşmiş Ştatlarda yaşayır.

“İlkin araşdırmalara görə, sui-qəsdin təşkilatçılarından bir çoxu ABŞ-da, Florida ştatında yaşayır. Ümid edirəm ki, Donald Tramp hökuməti dinc ölkələrə, o cümlədən Venesuelaya sui-qəsdlər edən terrorçu qruplarla mübarizə aparmağa hazır olacaq”, - Maduro bildirib.

Prezidentin sözlərinə görə, partlayıcı qurğu birbaşa onun yanında partlayıb.

“Bu, güclü partlayış idi. Birincisi, mənim reaksiyamı yoxlamaq üçün idi. Sonra ikinci partlayış oldu. Amma Allah məni müdafiə edir, Yer kürəsində isə xalq və silahlı qüvvələr məni müdafiə edir”, - Maduro qeyd edib.

Prezident ona sui-qəsd edənlərə sərt cəza söz verib: “Maksimal cəza olacaq! Bağışlanmalar olmayacaq”.

Son məlumata görə, Maduroya sui-qəsd cəhdi üçün məsuliyyəti “Flanel əsgərlər” gizli qrupu öz üzərinə götürüb.

“Əməliyyat uçuşunda S4 partlayıcı maddəsi ilə yüklənmiş iki dron iştirak edirdi. Onlar prezidentin olduğu tribunaya çatana kimi qvardiyanın snayperləri tərəfindən vuruldu. Onlar zəifdir, indi alınmadı, amma bu, vaxt məsələsidir”, - qrupun Tvitterdəki mikrobloqunda dərc edilən xəbərdə deyilir.

*   *   *10:00

Avqustun 5-də Venesuela prezidenti Nikolas Maduroya sui-qəsd edilib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Milli Qvardiyanın yaranmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı prezident Nikolas Maduronun olduğu tribunaya doğru pilotsuz uçan aparat yönəlib. Lakin polis PUA-nı vaxtında zərərsizləşdirməyə nail olub.

Hadisə nəticəsində prezident və onun yaxınları xəsarət almayıb. Lakin mərasimin bir neçə iştirakçısı yaralanıb.

Prezident Nikolas Maduro təxliyə edilib və təhlükəsiz yerə aparılıb.

Xəbərlər