1701
Dünən 1 avqust — 12:45

Cəsədlərin üstündə milyonçu Sadıqov qardaşlarının kölgəsi

Eynulla Fətullayev

“Stroymarket №1” Moskva ticarət mərkəzinin son sahibləri, hansının ki, ətrafında barbar ehtirasları qızışmışdı, Azərbaycan mənşəli məşhur Rusiya biznesmenləri Tufan və Salam Sadıqovlar idi. Amma istintaq qardaşların, demək olar ki, bu inanılmaz qətldəki şübhəli rollarından bir qayda olaraq yan keçir.

Hərçənd cinayət işinin materiallarının özü bu nəhəng tarixi əhvalatda ağ ləkələrin olduğunu olduqca açıq və inandırıcı şəkildə göstərir. Biz bu qəribə, tam gülünc hadisələrin və işin ziddiyyətli səhifələrinə qayıdacağıq, amma əvvəlcə daha bir mühüm məsələyə aydınlıq gətirmək istəyirik –Sadıqov qardaşları kimdilər?

Sadıqov qardaşları kimdilər axı belə?

2016-cı ilin martında, Savkinlə Brilyovun qətllərinə az qalmış, Sadıqovlar haqda bütün Rusiya danışırdı. "Volqomost" Səhmdar Cəmiyyəti dövlət miqyaslı layihəni-Kerç-Simferopol yolunun tikintisini, necə deyərlər, batırmışdı. Layihəçilərin səhlənkarlığı hətta prezident Vladimir Putinin özünü qəzəbləndirmişdi. "Bu vicdansız layihəçi nə qədər pulu basıb yeyib?" – prezidentin bu acı məzəmməti bütün ölkəyə yayılmışdı.

Rusiya dövləti başçısının hiddəti "Volqomost”un əsas benefisiariyasına - körpülərin, nəqliyyat və yol keçidlərinin tikintisi üzrə ixtisaslaşmış Rusiya şirkətinə və bilavasitə Moskva biznesmeninə, hansı ki, anlaşmazlıq üzündən oliqarx adlandırırdılar, Tufan Sadıqova ünvanlanmışdı. Rusiya KİV-i yazırdı ki, bu biznesmen öz nicatını qüdrətli dostu Arkadi Rottenberqin kölgəsində tapıb.

Belədir ya yox, demək çətindir, amma bütün hallarda Tufan Sadıqovun gəlişi ilə podratçı şirkət "Volqomost" pis reputasiya qazandı. "Volqomost"u korrupsiyada, işləri vaxtında yerinə yetirməməkdə, keyfiyyətin aşağı düşməsində və vicdansızlıqda ittiham etməyə başladılar. Tufan Sadıqov öz reputasiyasını əsaslı şəkildə hələ Moskvada yolların təmirinə və qarın təmizləməsi işlərinə girişərkən korlamışdı. Ancaq Rusiya paytaxtının yeni Sobyanin administrasiyası diqqətsiz və məsuliyyətsiz sahibkardan tez qurtuldu. O həmçinin "Dmitrovski avtodoromu"nun və "Volqoqradoblavtodor"un səhm paketinə nəzarət edirdi. Və Sadıqovun hər məhv etdiyi dövlət layihəsi onun Türkiyədəki şəxsi yarıkriminal biznesinin çiçəklənməsi üçün yeni imkanlar açırdı. Yeri gəlmişkən, Türkiyənin cənub hissəsində Tufan Sadıqovun şəxsi mehmanxana-kurort biznes şəbəkəsi var.

Bu xadim Rusiya ictimaiyyətinin yaddaaşında həm də silsilə bank qalmaqalları ilə qalıb. Sadıqov şübhəli banklardan götürülmüş öz şəxsi borclarını "Volqomost"a yükləməyə nail olub, amma həmin banklar sonradan “yanıb”.

Biz Sadıqovla əlaqə saxlamağa və onunla söhbət etməyə çalışdıq, ancaq biznesmen jurnalistlərlə ünsiyyət qurmağı sevmir. İndiyə qədər o Rusiya mətbuatının bir sualına belə cavab verməyib. Hətta qalmaqallı Kerç - Simferopol yolunun uğursuzluğundan sonra…

Tufanın kiçik qardaşı Salam Sadıqov isə şəxsi işləri və böyük qardaşının yarıkriminal biznesi ilə məşğul olur.

Daha əvvəl Telman İsmayılovun qardaşına məxsus olan ticarət mərkəzinə 2011-ci ildə məhz bu qardaşlar yiyələndilər. Əlbəttə, Sadıqov qardaşlarının reputasiyası heç də ürəkaçan deyil. Bu azmış kimi, onlar özlərini həm də ticarət mərkəzinin satışı ilə bağlı qalmaqallı və cəncəlli bir işə saldılar.

Rafiq İsmayılov: "Qətldə Sadıqov qardaşlarının əli ola bilər"

İstintaq birinci gündən qətlin icraçısı Mehman Kərimovla Salam Sadıqovun tanışlığı faktını səylə gizlədib. Bəli, M.Kərimovu hadisə yerinə Rafiq İsmayılov şəxsən gətirib, amma axı Kərimovla Sadıqovların da sıx münasibətləri olub. Və öldürülmüş Savkin Sadıqovlarla daha böyük ölçüdə bağlı idi, nəinki İsmayılovlarla. İstintaqın materiallarından aydın olur ki, Savkin həlak olana qədər ticarət mərkəzindən gələn gəlirin 50 faizini Sadıqovlardan alıb və faktiki olaraq “Stroymarket №1”in şəriki olub. Yəni Savkini qətlə yetirmək üçün Sadıqovların daha çox motivi olub, nəinki İsmayılovların.

29 noyabr 2016-cı ildə Rafiq İsmayılov sensasion ifadələr verdi. Dindirilmənin gedişatında müttəhim bildirdi ki, qətlə Sadıqov qardaşları cəlb olunmuş ola bilərlər. Bəs istintaq hansı addımı atır? Salam Sadıqovu yalnız bir dəfə çağırır və sorğu-sual edir. Bu necə ola bilər? Axı Rafiq İsmayılova və hətta onun qardaşı Telman İsmayılova qarşı ittihamlar yalnız təkcə Kərimovun ifadəsinə əsasən irəli sürülüb? Niyə müstəntiqlər eyni həvəslə Sadıqovlardan yapışmırlar? Hərçənd öz ifadələrində Rafiq İsmayılov iddia edir ki, Tufan və Salam Sadıqovlar həmin günə Ticarət mərkəzinin alınması ilə bağlı tam hesablaşmamışdılar və onların Savkinə 3 milyon dollar borcları qalmışdı.

Rafiq İsmayılovun bu ittihamlarına Salam Sadıqov özü nə cavab verir? S.Sadıqovun sözlərinə görə, o bu ticarət mərkəzini 2006-cı ildə tikib və o vaxtdan bu binaya toxunmayıb, yəni heç bir münasibətə malik olmayıb. Necə yəni? Axı bizim keçmiş yayımlarımızda təqdim edilmiş sənədlər Sadıqovun ifadələrinin yalan olduğunu ifşa edir. 2015-ci ilin 16 iyulundan “Stroymarket №1” ticarət mərkəzinin sahibi "Salyut" MMC şirkəti idi. Və MMC-nin təsis sənədlərində tək bir sahibin adı göstərilib - Salama Sadıqovun!!! Doğrudanmı istintaq bu sənədlərlə tanış olmağa vaxt tapmayıb? Təsis sənədləri barədə Salama Sadıqovdan heç soruşan da olmayıb.

Bundan əlavə cinayət işinin materialları göstərir ki, müstəntiq İ.Popov S.Sadıqovu Rafiq İsmayılovun ifadələri ilə tanış edib. Ancaq Sadıqovla İsmayılov arasında nəyə görəsə üzləşdirmə aparmayıb. Bu qalsın bir yana, ertəsi gün Salam Sadıqov Rusiyadan qaçıb. 2016-cı il noyabrın 30-dan bəri Rusiyaya qayıtmayıb. Nəyə görə istintaq Sadıqovun barəsində həbs qətimkan tədbiri seçməmişdi? Nəyə görə onu axtarmırlar? Yeni dindirməyə dəvət etmirlər? Və ona ortaya çıxan yeni sualları vermirlər? Axı onun Türkiyədə olduğu, dəqiq yeri məlumdur. Suallar, suallar, yenə suallar...Ancaq cavabsız suallar.

Kərimovun arvadı son nöqtəni qoyur

2017-ci il fevralın 2-də Mehman Kərimovun arvadı A.Şıxəliyeva sensasion etiraf edir. A.Şıxəliyeva Mehman Kərimovla Salam Sadıqovun gizli söhbəti yazılmış fleşkartı İstintaq Komitəsinə verir. Həmin səs yazısında məhz Sadıqovun Savkinin öldürülməsi barədə əmr verdiyi üzə çıxır. Cinayət işinin materiallarında səs yazısının dinlənilməsinə və həmin fleşkarta baxış keçirilməsinə dair protokol var.

Kərimov və Salam Sadıqov Azərbaycan dilində danışırlar, ona görə də müstəntiqlər səs yazısını dinləməyə Azərbaycan dilindən tərcüməçi cəlb edirlər. Lakin nəyə görəsə cinayət işinin materiallarında tərcüməçinin anketi, diplomu, onun hüquqlarının, öhdəliklərinin və məsuliyyətnin izah edilməsi barədə protokol yer almır. Bundan əlavə, söhbətin stenoqramı üç dəfə qısaldılıb, nəticədə mətnə Sadıqovun Savkinin aradan götürülməsi barədə əsas frazaları düşməyib.

Müstəntiqlər Mehman Kərimova bu söhbət barədə heç bir sual verməyiblər. Sadıqovdan da heç nə soruşmayıblar. Axı necə soruşsunlar ki, müstəntiqlər faktiki olaraq heç bir əngəl olmadan Sadıqovu buraxıblar və ölkədən çıxmasına şərait yaradıblar, bu günə qədər də onu narahat edən yoxdur?

Lakin bu da hamısı deyil. Bütün qaydalara zidd olaraq müstəntiq fonoskopik ekspertiza keçirməyib və məhkəmə təhqiqatı zamanı cinayət işinin bu mühüm epizodu barədə lazımi ekspertizanın keçirilməsi təmin olunmayıb. Rafiq İsmayılovun vəkilləri söhbətin səs yazısının araşdırılması barədə vəsadət qaldırıblar. Amma müstəntiqlər fikirlərindən dönməyiblər-müstəntiq Lyudmila Xorunova ekspertizanın keçirilməsindən imtina edilməsi barədə qərar verib, göstərib ki, söhbətdə Savkinin öldürülməsinə sifariş verilməsinə dəlalət edən fraza yoxdur.

Müstəntiqlərə təkcə İsmayılov gərəkdir. Daha doğrusu, onlardan biri-keçmiş oliqarx Telman İsmayılov. Və bütün ittiham şifahi verilmiş sifariş direktivinin əsasında qurulub. Rusiyada deyildiyi kimi, “telefon hüququ”nun belə möcüzələri var.

Telefon danışıqları

Bizim əlimizdə Salam Sadıqovla Mehman Kərimov arasında telefon danışıqlarının siyahısı var. 2016-cı ilin mart ayından may ayına qədər Sadıqov və Kərimov 266 dəfə zəngləşiblər! Ancaq 2016-cı il sentyabrın 6-da Mehman Kərimov öz ifadəsində deyir ki, Sadıqovu şəxsən tanımır. Və Sadıqov özü də istintaqa verdiyi yeganə ifadəsində Kərimovu şəxsən tanımadığına inandırır. Və nəyə görəsə müstəntiqlər bir-birini tanımayan iki şəxsin müntəzəm, çoxsaylı telefon danışıqları barədə heç nə soruşmayıblar.

İstintaqın nəzərdən qaçırdığı daha bir şübhəli fakt. Savkinin və Brilyovun qətlindən bir gün əvvəl Salam Sadıqov Moskvadan çıxır. Və paytaxta ancaq qətldən iki saat yarım sonra, 2016-cı il mayın 15-də, gecəyarısı qayıdır. Bu necə ola bilər? İstintaqın versiyasına görə, qətlin sifarişçisi-Telman İsmayılovun qardaşı killeri qətl yerinə özü gətirir. Sadıqov isə şübhəli hərəkətlər edir, Moskvanı qətldən bir gün əvvəl tərk edib ancaq cinayətin baş verməsindən sonra qayıdır? Nəyə görə müstəntiqlər Sadıqovdan bu məqam barədə heç nə soruşmayıblar? Yenə də cavabsız suallar...

Sadıqov yenə Rusiyadan çıxır...

Daha bir şübhəli məqam: Mehman Kərimovun saxlanılmasından iki gün sonra Sadıqov yenə Rusiyadan çıxır. Sadıqovun bütün bu manipulyasiyaları nəyə görəsə istintaq orqanlarında heç bir şübhə yaratmır. Əksinə, müstəntiqlər Salam Sadıqovun M.Kərimovu, R.İsmayılovu və Savkini tanımadığı barədə dediklərinin səmimiliyinə dərhal inanırlar. Bu necə olur? Axı Moskvadakı azərbaycanlı biznesmenlərin çoxuna bəllidir ki, bütün bu adamlar hələ 90-cı illərin sonlarından sıx ünsiyyətdə olublar?! İstintaq isə nəyə görəsə ancaq Sadıqova inanır.

Həmin Tufan Sadıqovun özünü də dindiriblər. Böyük Sadıqov deyib ki, ticarət mərkəzinə görə Rafiq İsmayılova sövdələşdikləri məbləği ödəyib. Lakin sonradan öyrənib ki, Savkin həmin məbləğdən onun payına düşəni almayıb. Nəticədə Tufan Sadıqov icazə verib ki, Savkin heç bir pul, investisiya qoymadan ticarət mərkəzinin səhmlərinin 33 faizini yenidən əldə etsin. Və Tufan Sadıqovun bu geniş ürəyi sayəsində Savkin ticarət mərkəzinin gəlirlərindən pay alıb. Müstəntiqlərin isə ağlına gəlməyib ki, Sadıqovdan soruşsunlar-bəlkə Sadıqovlar Savkinin ticarət mərkəzinin gəlirlərindən pay almasına obyektin satışından onun payına düşən məbləği ödəmədikləri üçün imkan yaradıblar? Lakin Tufan Sadıqovdan heç kim bu barədə soruşmayıb. Bəs bilirsinizmi Tufan Sadıqov neyləyib? İstintaq dövründə həmin “Stroymarket” ticarət mərkəzinin səhmlərinin 20 faizini qətlə yetirilmiş Savkinin oğlu Roman Savkinin adına keçirib.

Və bütün bunlardan sonra rusiyalı müstəntiqlər Telman İsmayılova qarşı ittiham irəli sürürlər? Onu qətllərdə şübhəli bilirlər? Ancaq çiynini çəkmək qalır-axı bütün bunlara Telman İsmayılovun nə dəxli var? Suallar, suallar, ancaq cavabsız suallar...

Xəbərlər