700
Dünən 11 iyul — 11:39

Azərbaycana şəxsi istifadə üçün gətirilən mobil telefonların satışı qadağandır

Şəxsi istifadə üçün Azərbaycana gətirilən mobil telefonlar kommersiya məqsədilə istifadə oluna bilməz.

Bunu “Azərbaycanda elektron ticarət: cari vəziyyət və inkişaf perspektivləri” adlı konfrans zamanı Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev deyib.

O qeyd edib ki, bu cür faktların qarşısının alınması üçün tədbirlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə həyata keçirilir.

Xəbərlər