638
Dünən 11 iyun — 12:50

Rusiyada sənədsiz tavaya görə iki nəfər saxlanıldı

Rusiyanın Kalininqrad şəhərində iki nəfər küçədə əllərində heç bir sənədi olmayan tava gəzdirdikləri üçün saxlanılıblar.

Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, “şübhəli şəxslər”i Novosibirskdən Rusiyanın ən qərbində yerləşən şəhərinə ezamiyyətə gəlmiş polis əməkdaşları tutub.

Mənbəyə əsasən, polis bölməsində saxlanılanlara “mətbəx əşyasını sənədsiz nəqletmə” ittihamı irəli sürülüb. Tava müsadirə edilib, saxlanılanlar başqa yerə getməməklə bağlı iltizam alındıqdan sonra sərbəst buraxılıblar.

Maraqlıdır ki, Rusiyanın Cinayət Məcəlləsində mətbəx əşyalarının nəqlində hər hansı sənədin tələb olunması ilə bağlı maddə yoxdur.

Xəbərlər