947
Dünən 8 iyun — 13:38

Naməlum qadın Yeseninin qəbirüstü abidəsini rəngləyib qaçdı

İyunun 5-də Moskvanın Vaqankovo qəbiristanlığında naməlum qadın məşhur rus şairi Sergey Yeseninin qəbirüstü abidəsini rəngləyib. Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, hadisə iyunun 5-də baş verib.

Qadın abidənin arxa hissəsinin tünd rəngdə olmasından və şairin heykəlindən fərqlənməsindən “əsəbiləşib” və qəbiristanlığa boya ilə gəlib. O, bütün abidəni ağ rəngə boyayıb. Qəbiristanlıq gözətçisinin sualına cavab vermək istəməyən qadın sakitcə çıxıb gedib.

Hazırda Moskva polisi naməlum “rəngsaz”ın axtarışını aparır, qəbirüstü abidə isə yuyulur.

Xəbərlər